Dağlıq öküzotu
Dağlıq öküzotu (lat. Arnica montana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin öküzotu cinsinə aid bitki növü.
Dağ öküzotu çoxillik ot bitkisidir. Kökümsovu sürünən, üfüqi budaqlanan, uzunluğu 15 sm-ə qədər, xarici tərəfdən qəhvəyi və ya tünd-qəhvəyi olub, çoxsaylı sapşəkilli kökü vardır. Kökümsovu 1–2 sm dərinlikdə və ya səthdə yerləşir. Yarpaqları qarşı-qarşıya, oturaq, bütövkənarlı, tərsyumurtaşəkilli, yuxarı hissədən dəmir parıltılı, aşağı hissədən çılpaq, uzunluğu 15–17 sm olmaqla, iri çətirlərdən ibarətdir. Gövdəsi tək (bəzən 2–3), hündürlüyü 60 sm-ə qədər, düzgövdəlidir. Çiçəkləri zəngşəkilli, ikicərgəli, yarpaqlarının forması uzunsov-neştərvari, rəngi isə yaşılımtıl-bozdur. Kənar çiçəkləri 14–20 dilcikli və 3 dişciklidir. Orta çiçəkləri boruşəkilli, ikicinsli və çoxsaylıdır.